Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı 6 lot üzrə kotirovka sorğusu keçirir

Azərbaycan Mərkəzi Bankı 6 lot üzrə kotirovka sorğusu keçirir
# 19 iyul 2011 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 6 lot üzrə kotirovka sorğusu keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, I lotda AMB üçün çəngəlağız yükqaldıranın və 3 ədəd yükdaşıyan arabanın alınması, II lotda banka daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi və son ünvanına çatdırılması ilə bağlı broker xidmətlərinin satın alınması, III lotda bankda istifadə olunan «Brandt» tipli əskinas sayğaclarına və «Miltivac» tipli vakuum presləyicilərinə texniki qulluq göstərilməsi, IV lotda bankın ofislərində mövcud videonəzarət sistemlərinin yenidən qurulması, V lotda bankın saxlancı üçün 1 ədəd bron qapının alınması və quraşdırılması, server otağında mövcud qapının sökülməsi, yeni seyf qapının quraşdırılması və otaqda boyaq təmir işlərinin aparılması, VI lotda isə bankın əməkdaşlarının ixtisas səviyyələrinin artırılması üçün kursların satın alınması qeyd olunub.

Sorğuda iştirak etmək istəyənlər təklif zərflərini bu ilin iyul ayının 27-dək AMB-yə təqdim edə bilərlər. Zərflər isə bu ilin iyul ayının 28-də AMB-də açılacaq.

Sorğuda I və V lotlar üzrə 70 manat, II və III lotlar üzrə 30 manat, IV lot üzrə 20 manat, VI lot üzrə isə 50 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR