Bank Of Baku

“KredAqro”: “Texnikabank”la aramızda heç bir anlaşılmazlıq yoxdur

“KredAqro”: “Texnikabank”la aramızda heç bir anlaşılmazlıq yoxdur
# 19 iyul 2011 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «KredAqro» bank olmayan kredit təşkilatının Müşahidə Şurasının sədri Douglas Leavens «KredAqro» ilə «Texnikabank» arasında yaşanan qalmaqal haqqında mətbuatda dərc olunan yazılarla bağlı açıqlama yayıb.

“KredAqro”dan “APA-Economics”ə verilən açıqlama bildirilir: “KredAqro” ilə “Texnika¬bank” ASC arasında 4 mln. manatlıq qalmaqal yaşanması haqqında mətbuatda dərc olunan yazı ilə əlaqədar bildirirəm ki, bu iki təşkilat arasında heç bir qalmaqal və yaxud digər anlaşılmazlıq yoxdur. Eyni zamanda maliyyə qurumları arasında hazırda heç bir kredit və yaxud digər öhdəliklər mövcud deyil. Uzun illərdir ki, «KredAqro» təşkilatı «Texnikabank» ASC-nin bank, sığorta və broker xidmətlərindən istifadə edir. Biz Müşahidə Şurası və İdarə Heyəti «Texnikabank»ın bizə göstərdiyi xidmətlərdən razıyıq. Biz həmçinin mətbuatda gedən yazıları qınayır və bunu insanların qərəzli münasibəti kimi dəyərləndiririk».

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var.

«Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR