Bank Of Baku

Azərbaycanın əsas kapitalına yatırılmış xarici sərmayə son bir ildə 1,5 dəfə artıb

Azərbaycanın əsas kapitalına yatırılmış xarici sərmayə son bir ildə 1,5 dəfə artıb
# 19 iyul 2011 10:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 218,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 50,5% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən cari ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 078,6 mln. manatı (88,5%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR