Bank Of Baku

«Bank Respublika»nın baş sponsorluğu ilə keçirilən çimərlik voleybolunun qalibləri müəyyənləşib

«Bank Respublika»nın baş sponsorluğu ilə keçirilən çimərlik voleybolunun qalibləri müəyyənləşib
# 19 iyul 2011 13:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin baş sponsorluğu ilə çimərlik voleybolu üzrə 19-23 yaşlılar arasında keçirilən Bakı şəhər kubokunun qalibləri müəyyənləşib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, olimpiya sistemi ilə keçirilən turnirdə 8 kişi və 14 qadın komanda iştirak edib.

Oyunların nəticələrinə görə oğlanlar arasında I yerə «Sərhədçi-1» komandası, II yerə «Sərhədçi-2» komandası, III yerə «Xətai-2» komandası, qızlar arasında isə I yerə «Nəqliyyatçı» komandası, II yerə «Bakı-1» komandası, III yerə isə «İqtisadçı» komandası layiq görülüblər.

Yarışmanın qalibləri və 2-ci, 3-cü yerləri tutmuş komandalar Azərbaycan Voleybol Federasiyası və «Bank Respublika» tərəfindən fəxri diplom və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, bu ilin avqust ayının 12-13-də çimərlik voleybolu üzrə növbəti Azərbaycan Çempionatı start götürəcək.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının «25%+1 səhm» paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - «DEG İnvestisiya Şirkəti» və «Sparkassen International Development Trust» təmsil olunur. Cari ilin yanvar ayının 1-nə bankın 27 filialı, 44 bankomatı və 260 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR