Bank Of Baku

«AtaSığorta» şirkətinin sığorta haqlarının həcmi 57% artıb

«AtaSığorta» şirkətinin sığorta haqlarının həcmi 57% artıb
# 19 iyul 2011 14:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin bu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 2,450 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 57% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə ödədiyi sığorta ödənişlərinin həcmi 3,3 dəfə artaraq 0,855 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında şirkətin ümumi gəlirləri 3,105 mln. manat, ümumi xərcləri 2,864 mln. manat olub. Nəticədə şirkətin balans mənfəəti 0,241 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 22 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR