Bank Of Baku

«Bank Avrasiya»nın aktivləri son bir ildə 40% artıb

«Bank Avrasiya»nın aktivləri son bir ildə 40% artıb
# 20 iyul 2011 10:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 64,351 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,7% artaraq 21,300 mln. manat, o cümlədən istehlak kreditləri 6,7% azalaraq 2,284 mln. manat, depozit portfeli 86% genişlənərək 35,341 mln. manat,
o cümlədən əhalinin əmanətləri 83% artaraq 33,654 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 3,2% azalaraq 19,778 mln. manat, bankın nizamnamə kapitalı isə sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 12,3% artaraq 2,212 mln. manat, xərcləri isə 42% artaraq 2,796 mln. manata çatıb. Nəticədə bankın bu ilin yanvar-iyun aylarındakı zərəri 0,584 mln. manat olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5 dəfə azdır.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari ilin iyul ayının 1-nə bankın müştərilərinin sayı 1 819, aktiv plastik kartların sayı 1 083, işçilərin sayı isə 45 nəfər olub. Hazırda bankın 1 filialı, 4 bankomatı və 30 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR