Bank Of Baku

«Expressbank»ın məcmu kapitalı son bir ildə 2 dəfədən çox artıb

«Expressbank»ın məcmu kapitalı son bir ildə 2 dəfədən çox artıb
# 20 iyul 2011 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 141,543 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 85,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın məcmu kapitalı 2,2 dəfə artaraq 62,553 mln. manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 51 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın kredit portfeli 39% artaraq 52,913 mln. manat, depozit portfeli 61% azalaraq 69,301 mln. manat təşkil edib.

Bu dövr ərzində cəmi müştərilərinin sayı 25% artaraq 34 113, o cümlədən fiziki şəxslərin sayı 26% artaraq 33 932, hüquqi şəxslərin sayı isə 41% azalaraq 181 olub. Həmçinin bankın aktiv plastik kartlarının sayı 21,2% artaraq 27 501-ə, o cümlədən debet kartlarının sayı 20% artaraq 27 146-ya, kredit kartlarının sayı isə 355-ə çatıb. Bu müddətdə bank tərəfindən əlavə 16 bankomat və 16 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildən 2010-cu ilin mart ayınadək “Azərnəqliyyatbank” adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 42 bankomatı, 17 POS-terminalı və 212 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR