Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi artıb

Azərbaycanda bank kassa dövriyyəsi artıb
# 20 iyul 2011 14:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-may aylarında 8 873,4 mln. manat, məxaric hissəsi isə 8 995,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvar-mayına nisbətən 20,9%, məxaric hissəsi isə 17,5% artıb.

Göründüyü kimi, yanvar-mayı ərzində 156,3 mln. manat həcmində emissiya edilib ki, bu da ötən ilin 5 aylıq göstəricisindən 46,2% azdır. Bank kassa dövriyyəsində mədaxilin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 5 153,9 mln. manat və ya ümumi mədaxilin 58,1%-i daxil olub. Digər mənbələrin sırasında 2 162,7 mln. manat həcmində və ya xüsusi çəkisi 24,4% olan hüquqi şəxslərdən daxilolmaları, 806,9 mln. manat həcmində və ya xüsusi çəkisi 9,1% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində isə hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 3 021,2 mln. manat və ya 33,6%, bankomatlara pul qoyuluşunun payına 2 885,1 mln. manat və ya 32,1%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına isə 2 849,1 mln. manat və ya 31,7% düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR