Bank Of Baku

Azərbaycan bankları mayda mənfəətini kəskin artırıb

Azərbaycan bankları mayda mənfəətini kəskin artırıb
# 20 iyul 2011 15:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2011-ci il yanvar-may ayları ərzində fəaliyyəti nəticəsində bank sistemi üzrə 65,36 mln. manat həcmində mənfəət yaranıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2010-cu ilin yanvar-mayın göstəricisi ilə müqayisədə əldə edilmiş mənfəət 0,06 mln. manat və ya 0,1% azalıb.

Eyni zamanda may ayı banklar üçün çox uğurlu olub. Belə ki, yanvar-aprel ayları ərzində bankların mənfəəti cəmi 33,87 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 26,07 mln. manat və ya 43,5% az olub. Beləliklə, may ayında 31,49 mln. manat həcmində mənfəət əldə olunub ki, bu da əvvəlki 4 aylıq göstəriciyə nisbətən 93% təşkil edib.

Yanvar-may aylarında bankların faiz gəlirləri 440,4 mln. manat, faiz xərcləri 237 mln. manat təşkil edib və nəticədə xalis faiz mənfəəti 203,4 mln. manata bərabər olub. Eyni zamanda bankların qeyri-faiz gəlirləri 113,4 mln. manat, qeyri-faiz xərcləri isə 202,9 mln. manat təşkil edib ki, bunun da nəticəsində qeyri-faiz əməliyyatları üzrə 89,5 mln. manata bərabər olan zərər yaranıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-mayla müqayisədə faiz mənfəəti 0,3%, qeyri-faiz zərəri isə 37,3% artıb. O cümlədən faiz gəlirlərinin cəmi 3,7% artdığı halda, faiz xərcləri 6,7% artıb. Qeyri-faiz əməliyyatlarda isə gəlirlər 5,4%, xərclər isə 17,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR