Bank Of Baku

Maliyyə Monitorinq Xidmətinin I yarım illiyinə dair iclas keçirilib

Maliyyə Monitorinq Xidmətinin I yarım illiyinə dair iclas keçirilib
# 20 iyul 2011 15:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) 2011-ci ilin I yarısının yekunlarına dair iclası keçirilib.

Xidmətdən “APA-ECONOMICS”ə verilən məlumata görə, iclasa sədrlik edən Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərin 2011-ci ilin I yarısı ərzində də uğurla davam etdirildiyini bildirib.

Cari ilin I yarısında xüsusilə PL/TMM sahəsində həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər barədə məlumat verilib. O cümlədən fevral ayında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində I Bakı Regional Konfransı”, may ayında Latviya Respublikasının PL/TMM sahəsində milli sisteminin Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən həyata keçirilən IV raund qiymətləndirilməsində Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsinin iştirak etməsi, maliyyə kəşfiyyat orqanlarının Eqmont Qrupuna üzvlüklə bağlı prosedurlar da ötən dövr ərzində başa çatdırılması, Eqmont Qrupunun iyul ayında keçirilən Plenar iclasında Maliyyə Monitorinqi Xidməti bu quruma tamhüquqlu üzv qəbul edilməsi kimi tədbirlər keçirilib.

MMX-nin direktor müavini Anar Salmanov və struktur bölmələrin rəhbərləri 2011-cu il üzrə Taktiki Planın icrası çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər.

Lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi vəziyyətinin kameral nəzarət vasitəsilə qiymətləndirilməsi aparılıb.

Monitorinq subyektlərinin PL/TMM sahəsində potensiallarının gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 2011-ci il üçün Tədris Planı” üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq 6 ay ərzində müvafiq təlimlər həyata keçirilib. Ötən dövr ərzində PL/TMM sahəsində Bakıda və regionlarda təşkil edilmiş 17 təlim və seminarlara 450 nəfər yerli mütəxəssis cəlb edilib.

İclas zamanı hər bir struktur bölmə üzrə çıxışlar ayrılıqda müzakirə edilib və müzakirənin nəticəsi olaraq Maliyyə Monitorinqi Xidmətinin direktoru A.Qasımov struktur bölmələr üzrə növbəti dövr üçün konkret tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR