Göründüyü kimi, aktivlərin həcmi üzrə dinamikada dəyişkənlik müşahidə olunur ki, bunun nəticəsində aktivlər yanvarın 1-də müşahidə olunmuş maksimal göstəriciyə hələ də çatmayıb.
Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi iyunun 1-nə
8 142,6 mln. manat (xüsusi çəkisi 62,8%), müxbir hesablar 1 121,3 mln. manat (8,6%), investisiyaların həcmi 1 261,9 mln. manat (9,7%), nağd vəsaitlər 551,8 mln. manat (4,3%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 557,2 mln. manat (4,3%), digər aktivlər isə 1 337,1 mln. manat (10,3%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 82,7%-i bankların öhdəliklərin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 10 723,39 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 5 551,3 mln. manat həcmində depozitlər, 4 289,8 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər və 882,3 mln. manat həcmində digər öhdəliklər var. Bankların məcmu kapitalı 2011-ci ilin iyunun 1-nə 2 248,6 mln. manata bərabər olub.