Bank Of Baku

«Aqrarkredit» bu ilin I yarısında sahibkarlıq subyektlərinə 2,961 mln. manat kredit ayırıb

«Aqrarkredit» bu ilin I yarısında sahibkarlıq subyektlərinə 2,961 mln. manat kredit ayırıb
# 21 iyul 2011 08:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatının aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 26,4 mln. manat, kredit portfeli 16,9 mln. manat təşkil edib. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, təşkilatın məcmu kapitalı 19,8 mln. manat, nizamnamə kapitalı isə 18,5 mln. manat olub.

Hesabat dövründə təşkilat tərəfindən Kənd Yerlərinin Kreditləşməsi xətti ilə 438 sahibkarlıq subyektinə 2,961 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 1,498 mln. manat, bitkiçiliyin inkişafına 219,1 min manat, ticarət və xidmət sahələrinə 1,192 mln. manat, digər sahələrə 52 min manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 58 sahibkarlıq subyektinə 754 min manat kredit verilib.

Bundan başqa, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi «Şimal-Şərq İnkişaf layihəsi» çərçivəsində Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 45 sahibkarlıq subyektinə və borcalan qrupuna 115,2 min manat, həmçinin bu fondun maliyyələşdirdiyi digər «Şimal-Qərb Kənd inkişaf layihəsi» çərçivəsində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında 353 borcalan qrupuna və fərdi sahibkara 913,2 min manat kredit verilib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında təşkilatın ümumi gəlirləri 2,217 mln. manat, xərcləri isə 1,785 mln. manat olub. Nəticədə, qurumun bu ilin 6 ayında əldə etdiyi mənfəətin həcmi 432,4 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR