Bank Of Baku

Azərbaycanda IPI indeksi artıb

Azərbaycanda IPI indeksi artıb
# 21 iyul 2011 09:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda Sənaye istehsalı indeksi (Industrial production index - IPI) 2011-ci ilin iyun ayında 121% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin mayı ilə müqayisədə 6 faiz bəndi çoxdur:




Industrial production index hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks iyun ayında istehsal edilmiş məhsulun dəyəri (3 190,7 mln. manat) may ayında istehsal edilmiş məhsulun dəyərinə (2 635,9 mln. manat) bölünməklə hesablanıb.

İndeksin artması iyun ayında sənaye istehsalının əvvəlki ayla müqayisədə artımın may göstəricisindən üstün olmasını əks etdirir. Belə ki, mayda istehsalatın həcmi aprel göstəricisindən 15% artıq olubsa, iyunda istehsalatın həcmi mayla müqayisədə daha 21% artıb.

Cədvəldən göründüyü kimi, indeksin dinamikasında böyük dəyişkənlik müşahidə olunur ki, bu da sənaye sektorunda müəyyən qeyri-sabitliyin göstəricisi kimi qiymətləndirilə bilər. Lakin son iki ay ərzində sənaye sektorunda müsbət dinamika müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR