Bank Of Baku

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi artır

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi artır
# 21 iyul 2011 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklar vasitəsilə nağd ABŞ dollarının satış həcmi 2011-ci ilin yanvar-may aylarında 602,3 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 39,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, banklar vasitəsilə alınan nağd dolların həcmi həmin müddət ərzində 2 269,9 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 13% artıqdır.

Beləliklə, Azərbaycan əhalisi 3,8 dəfə çox nağd dolları alıb ki, bu da ənənəvi haldır - çünki ABŞ dolları hələ də əsas ehtiyat valyuta hesab olunur və əhalinin əsas hissəsi öz yığımlarını məhz bu valyutada saxlamağa üstünlük verir. Bundan əlavə, xarici ölkələrə səfərə gedənlər də bu alınmalarda öz rolunu oynayır ki, nəticədə Azərbaycanda nağd dollara tələb azalmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR