Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, may ayında xarici öhdəliklər üzrə 35,2 mln. manat və ya 1,4%-lik azalma baş verib və beləliklə, azalma tendensiyası davam edib:
Qeyd edək ki, kommersiya banklarına xaricdən maliyyə vəsaitləri cəlb olunması son vaxtlar müəyyən dərəcədə azalıb. Bu göstəricinin artım tempi böhrandan əvvəlki dövrlə müqayisədə kəskin azalıb. Belə ki, 2008-ci ildə xarici öhdəliklərin artım tempi 2,1 dəfə olduğu halda, 2009-cu ildə böhran səbəbindən xarici maliyyə bazarlarında likvidliyin çatışmazlığı nəticəsində 5,7% azalıb. 2010-cu ildə isə artım tendensiyası bərpa olunub, lakin böhrandan əvvəlki templər müşahidə olunmur. Belə ki, 2010-cu ildə artım 25,7% təşkil edib, bu ilin 5 ayı ərzində isə 0,1% səviyyəsində azalma baş verib.
Bununla yanaşı, bankların məcmu xarici aktivlərinin həcmi 2011-ci ilin iyunun 1-nə 1 811,0 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 424,5 mln. manat və ya 30,6%, ilin əvvəlindən isə 119,1 mln. manat və ya 7% çoxdur.