Bank Of Baku

Azərbaycanda Retail sales indeksi azalıb

Azərbaycanda Retail sales indeksi azalıb
# 21 iyul 2011 13:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda Pərakəndə satış indeksi (Retail sales index - RSI) 2011-ci ilin iyun ayı üzrə 97,4% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən “APA-Economics” tərəfindən hesablanan bu göstərici may ayının indeksindən 20,9 faiz bəndi azdır. Qeyd edək ki, may ayı üzrə indeks 118,3%, apreldə 82,3% mart ayında 115,9%, fevral ayında 94,5%, yanvar ayında isə 73,5%-ə bərabər olub.

Retail sales indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin iyun ayında ümumi pərakəndə dövriyyəsi 1 312,8 mln. manat, mayda 1 348,2 mln. manat, apreldə 1 139,6 mln. manat, martda 1 384,4 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

İndeksin azalması pərakəndə dövriyyənin artım tempinin aylıq müqayisədə enməsi ilə bağlıdır. Eyni zamanda indeksin 100%-dən aşağı olması iyun ayında pərakəndə ticarət dövriyyəsinin may ayının göstəricisindən aşağı olmasını əks etdirir. Bunun əsas səbəbi mövsümi amillərlə bağlı olan ərzaq məhsulları üzrə qiymətlərin enməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR