Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,3%-ə çatıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 6,3%-ə çatıb
# 22 iyul 2011 08:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilat¬larının məcmu kredit portfeli 2011-ci ilin iyunun 1-nə 8 750,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16,9 mln. manat və ya 0,2% artıb. Eyni zamanda cari ilin əvvəlindən kredit portfeli 413 mln. manat və ya 4,5% azalıb.

Kredit təşkilatların vaxtı keçmiş kreditlərin həcmi iyunun 1-nə 551,8 mln. manat təşkil edib ki, bu da ümumi kredit portfelində xüsusi çəkisinin 6,3% deməkdir. Müqayisə üçün qeyd edək ki, ötən il iyunun 1-də bu göstərici 4,4%, cari ilin əvvəlində isə 5,4% təşkil edib.

Beləliklə, cari ildə bankların kredit portfelinin azalması ilə yanaşı, vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisi üzrə artım müşahidə olunur. İlk nəticənin əsas səbəbi banklar tərəfindən kreditləşmədə ehtiyatla yanaşma ilə izah olunsa da, vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin artması borcalanların maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədardır. Bu isə öz növbəsində iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət və xidmət sahələrində konyunkturun pisləşməsi və ev təsərrüfatlarının qaytarma qabiliyyətinin azalmasının nəticəsidir.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcminin və xüsusi çəkisinin artması ilə kredit portfelinin azalması arasında zəncirvarı əlaqə var. Belə ki, bu halda banklar kreditləşməyə daha da ehtiyatla yanaşır və kredit üçün müraciət edənlərin qarşısına daha ciddi tələblər qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR