Bank Of Baku

Azərbaycanda pul kütləsi 24% artıb

Azərbaycanda pul kütləsi 24% artıb
# 22 iyul 2011 10:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2011-ci ilin iyunun 1-nə 11 056,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, yanvar-may aylarında pul kütləsi 5% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 30% artaraq 8 392,0 mln. manata çatıb:

(mln. man.)

 

01.06.10

01.01.11

01.06.11

M0(nağd pullar)

4 543,5

5 455,8

5 610,3

M1(nağd pul, tələb olunanadək əmanət və depozitlər)

5 439,8

6 718,9

6 833,6

M2(Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

6 454,0

8 297,5

8 392,0

M3(nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

8 929,8

10 527,5

11 056,1



Cari ilin iyunun 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 66,9% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 3,5 faiz bəndi azdır.

Qeyd edək ki, nağd vəsaitlərin xüsusi çəkisinin azalması makroiqtisadi və ödəmə sisteminin inkişafı baxımından müsbət haldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR