Bank Of Baku

«AccessBank»da əhalinin əmanətləri son bir ildə kəskin artıb

«AccessBank»da əhalinin əmanətləri son bir ildə kəskin artıb
# 22 iyul 2011 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AccessBank» QSC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 372,078 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2% artaraq 279,112 mln. manata, o cümlədən istehlak kreditləri 26% artaraq 28,100 mln. manat, depozit portfeli isə 55% genişlənərək 106,309 mln. manata, o cümlədən əhalinin əmanətləri 55,3% artaraq 100,060 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 20,1% artaraq 90,137 mln. manat, o cümlədən nizamnamə kapitalı 62,2% artaraq 67,800 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 1,1% artaraq 43,310 mln. manat, xərcləri isə 18% artaraq 34,798 mln. manat olub. Nəticədə bankın mənfəəti 36% azalaraq 8,512 mln. manat təşkil edib.

Xatırladaq ki, “AccessBank” 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyə¬ləşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın “KfW” bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı, 30 bankomatı və 58 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR