Bank Of Baku

«Azərsığorta» bu ilin I yarısında təxminən 300-400 min manat mənfəət əldə edib

«Azərsığorta» bu ilin I yarısında təxminən 300-400 min manat mənfəət əldə edib
# 22 iyul 2011 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin bu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 11,804 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,3% çoxdur. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədr müavini Aftandil Hacıyev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə icbari sığorta növləri üzrə 10,110 mln. manat, könüllü sığorta növləri üzrə isə 1,694 mln. manat həcmində sığorta haqqı toplanılıb. Könüllü sığorta növləri üzrə ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası» (603,973 min manat), «Fərdi qəza və xəstəliklər sığortası» (698,745 min manat) və «Avtomobillərin kasko sığortası» (210,257 min manat) növlərindən yığılıb.

A.Hacıyev bildirib ki, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə ödədiyi vəsaitlərin həcmi 2,3% artaraq 5,195 mln. manata çatıb. Sığorta ödənişləri ümumi sığorta haqlarının 44%-ni təşkil edib. Şirkətin ən çox ödənişi «Avtomobillərin kasko sığortası» (222,636 min manat və ya ümumi ödənişlərin 4,3%-i), «Tibbi sığorta» (178,198 min manat və ya 3,4%) və «Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (110,395 min manat və ya 2,1%) növləri üzrə ödənilib.

A.Hacıyev qeyd edib ki, bu ilin birinci yarısında şirkət təxminən 300-400 min manat mənfəət əldə edib.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 10 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR