Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmənin artması davam edir

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmənin artması davam edir
# 22 iyul 2011 14:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bank tərəfindən yenidən maliyyələşdirmə əməliyyatları üzrə portfelin həcmi 2011-ci ilin iyunun 1-nə 1 996,8 mln. manat təşkil edib.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, son bir ildə kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin portfeli 675,5 mln. manat və ya 51,1% artıb. O cümlədən cari ilin yanvar-may aylarında artım 135 mln. manat və ya 7,3% təşkil edib.

Göründüyü kimi, banklar Mərkəzi Bankdan kreditlərin cəlb edilməsini davam etdirir, halbuki ekspertlərin fikrincə, hazırda bank sistemində likvidliyin ifratı müşahidə olunur. Bunun səbəbi kimi likvidliyin kifayət olan səviyyədə olması bütün banklarda deyil, yalnız bir sıra banklarda müşahidə olunur. Bir çox banklar isə likvidliyin təmin edilməsi üçün mərkəzləşdirilmiş kreditlərdən istifadə etməyə məcburdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR