Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlərin həcmi may ayında 18% artıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlərin həcmi may ayında 18% artıb
# 23 iyul 2011 07:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci il may ayında 7,638 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin aprel ayı ilə müqayisədə, bu göstərici 1,140 mlrd. manat və ya 17,6%, ötən ilin may ayına nisbətən isə 952 mln. manat və ya 14,2% artıb.

Ödənişlərin sayına gəlincə, 2011-ci il aprel ayında 32 min ödəniş aparılmışdırsa, may ayında bu göstərici 33 minə çatıb. Ötən il mayla müqayisədə də ödənişlərin sayında müəyyən artım müşahidə olunub. Belə ki, ötən ilin may ayı ərzində AZIPS ilə aparılan ödənişlərin sayı 30 min təşkil edib.

May ayında bir ödənişin ortalama həcmi 231,5 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 14%, ötən ilin mayına nisbətən isə 3,9% çoxdur.

Göründüyü kimi, AZIPS-də ödənişlərin məcmu həcminin artımı ilə yanaşı ödənişlərin həcmlərində iriləmə baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR