Bank Of Baku

Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi artıb

Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi artıb
# 23 iyul 2011 10:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərinin həcmi 2011-ci il may ayında 603 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, aprel ayı ilə müqayisədə bu göstərici 73 mln. manat və ya 13,8% artıb.

XÖHKS ilə aparılan ödənişlərin sayında isə kəskin artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 35,5% artaraq 1 757 minə çatıb. Nəticədə, ödənişlərdə xırdalama baş verib. Belə ki, may ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 343,2 manat təşkil edib ki, bu da mart göstəricisindən 16% azdır.

Ötən ilin matına nisbətən XÖHKS ilə əməliyyatların sayı 2 dəfə, həcmi isə 19,4% artıb, bir ödənişin ortalama həcmi isə 39,5% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR