Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 47% artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 47% artıb
# 25 iyul 2011 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin ümumi həcmi 2 480,6 mln. ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan MDB ölkələrinə 1 436,7 mln. dollarlıq mal ixrac olunub, MDB ölkələrindən Azərbaycana isə idxalın dəyəri 1 043,9 mln. dollar təşkil edib. Nəticədə 392,8 mln. dollarlıq müsbət saldo yaranıb.

«Ötən ilin yanvar-may aylarına nisbətən MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 46,6%, o cümlədən ixrac 57,7%, idxal olunan malların həcmi 31,3%, müsbət saldo isə 6,7 dəfə artıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR