Bank Of Baku

İranda milli valyuta dəyişdirilir

İranda milli valyuta dəyişdirilir
# 25 iyul 2011 10:17 (UTC +04:00)
«APA-Economics»in «Sinxua» agentliyinə istinadən məlumatına görə, Mərkəzi Bankın hazırladığı valyuta islahatı proqramına uyğun olaraq ölkədə hazırda dövriyyədə olan rialın əvəzinə yeni valyuta buraxılacaq.

Hələlik yeni pulların necə adlanacağı müəyyən edilməyib. İran parlamentinin təsdiqlədiyi proqrama əsasən rialla müqayisədə yeni pulların üzərindən 4 sıfır silinəcək.

İran Mərkəzi Bankı əmindir ki, denominasiya sayəsində ölkədə pul dövriyyəsi azalacaq, bu isə ticarətə kömək etməklə yanaşı, insanların milli valyutaya inamını da möhkəmləndirəcək. Mərkəzi Bankın rəhbəri Mahmud Bəhmani bildirib ki, denominasiya ilə bağlı layihənin son variantı parlamentin və Konstitusiya nəzarəti komitəsinin müzakirəsinə veriləcək. Güman edilir ki, milli valyutanın dəyərinin dəyişdirilməsi ilə bağlı proseslərin tam başa çatması üçün 3 il vaxt tələb olunacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrinə görə, hazırda 100 min İran rialı 7,5 manata bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR