Bank Of Baku

Azərbaycanda vergi əməkdaşlarının səlahiyyətləri artırılıb

Azərbaycanda vergi əməkdaşlarının səlahiyyətləri artırılıb
# 25 iyul 2011 11:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib.

Bu sahədə vəziyyəti dəyişmək üçün nazirlik islahatlara başlayıb. Artıq nazirliyin vergi borcları strukturlarına operativ nəzarət tədbirləri həyata keçirmək səlahiyyətləri verilib. Vergilər nazirinin müvafiq əmri ilə “Vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların məcburi alınmasına dair Metodiki Göstərişlər”ə və “Vergi ödəyiciləri tərəfindən vergi bəyannamələri (hesabatları) vaxtında təqdim edilmədikdə onların məcburi alınmasına dair Metodiki Göstərişlər”ə yeni əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri vergi borcları strukturlarına da şamil ediləcək.

Nazirlikdən verilən məlumata görə, indiyədək vergi borcları sahəsində çalışan əməkdaşlar lazım olan anda operativ vergi nəzarəti tədbirlərini həyata keçirə bilmirdi və bu istiqamətdə qanunvericiliyin pozulması faktlarına heç bir reaksiya olmurdu. İndiki dəyişikliklərdən sonra isə bu əməkdaşlar tələb olunan hallarda operativ nəzarət tədbirləri də həyata keçirə biləcəklər ki, bu da vergi borclarının məcburi alınması sahəsində ciddi irəliləyişlərə gətirib çıxaracaq.

S.Məmmədxanov köhnə vergi borclarının büdcəyə alınması işində də ciddi irəliləyişlərin vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, metodiki göstərişlərə və vergi borcları strukturlarının əsasnamələrinə əlavə və dəyişikliklər nəticəsində vergi ödəyicilərinin əmlakının siyahıya alınması sahəsindəki uyğunsuzluqlar da aradan qaldırılacaq. S.Məmmədxanov böyük gəlirləri olan obyektlərin vergi borclarının yolverilməz olduğunu və belə sahibkarlıq subyektlərinə qarşı ən sərt tədbirlər görüləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR