Bank Of Baku

«Parabank»ın depozit portfeli son bir ildə 14% genişlənib

«Parabank»ın depozit portfeli son bir ildə 14% genişlənib
# 25 iyul 2011 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 65,617 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 14,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müddətli depozitlər 14,9% genişlənərək 62,731 mln. manata, tələb olunanadək depozitlər 3% artaraq 2,886 mln. manat, əhalinin əmanətləri isə 15,8% artaraq 64,398 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın xarici öhdəlikləri 36,6% artaraq 2,168 mln. manat olub. Bundan başqa, ötən ilin I yarısından fərqli olaraq, bu ilin yanvar-iyun aylarında bankın qiymətli kağızlar bazarına yatırdığı investisiyaların həcmi sıfıra bərabər olub. Ötən ilin yanvar-iyun aylarında bank sözügedən sahəyə 1,447 mln. manat həcmində investisiya yatırıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 203 POS-terminalı fəaliyyət göstərib. Bankın 439 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR