Bank Of Baku

«Bank SilkWay»in aktivləri son bir ildə 72% artıb

«Bank SilkWay»in aktivləri son bir ildə 72% artıb
# 25 iyul 2011 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 82,212 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin iyul ayının 1-nə olan göstəricidən 72% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,3 dəfə artaraq 30,934 mln. manata, o cümlədən müddətli depozitlər 10,4 dəfə artaraq 4,479 mln. manat, tələb olunanadək depozitlərin həcmi 11% artaraq 18,988 mln. manat, əhalinin əmanətləri isə 3,9 dəfə artaraq 6,967 mln. manata çatıb.

Bankın kredit portfeli 14% azalaraq 30,532 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 31% artaraq 4,966 mln. manat, 12 ayadək verilmiş kreditlərin həcmi 36% azalaraq 10,959 mln. manat, 12 aydan artıq müddətə verilmiş kreditlərin həcmi 5,7% artaraq 17,416 mln. manat olub. Eyni zamanda bankın məcmu kapitalı 64% artaraq 38,746 mln. manat, o cümlədən nizamnamə kapitalı 58% artaraq 35,090 mln. manat olub.

Qeyd edək ki, bankın məcmu gəlirləri ötən ilin 6 ayına nisbətən 62% artaraq 5,363 mln. manat, o cümlədən faiz gəlirləri 29% artaraq 3,207 mln. manat, qeyri-faiz gəlirləri 2,6 dəfə artaraq 2,156 mln. manat təşkil edib. Xərcləri isə təxminən 68% artaraq 2,729 mln. manata, o cümlədən faiz xərcləri 2,4% azalaraq 527 min manata, qeyri-faiz xərcləri 2 dəfə artaraq 2,202 mln. manata çatıb. Nəticədə bankın mənfəəti 2 dəfə artaraq 2,865 mln. manat təşkil edib.

Hesabat dövründə bankın işçilərinin sayı sabit qalaraq 104 nəfər, orta aylıq əmək haqqı isə 4,1% artaraq 1 027 manat təşkil edib.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 8 filialı, 19 bankomatı və 34 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR