Bank Of Baku

«DəmirBank»ın «VISA» plastik kartları üzrə uduş kampaniyasının I tirajı keçirilib

«DəmirBank»ın «VISA» plastik kartları üzrə uduş kampaniyasının I tirajı keçirilib
# 25 iyul 2011 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin «VISA» plastik kartları üzrə uduş kampaniyasının I tirajı keçirilib.

Bankın baş ofisindən «APA-Economics» verilən məlumata görə, şərtlərə əsasən «VISA» kartları ilə xaricdə əməliyyat edən «DəmirBank»ın 4 müştərisi HP şirkətinin noutbuklarını və mininoutlarını qazanıblar. Bank tərəfindən qalib müştərilərə noutbuk və mininoutları təqdim edilib.

Qeyd edək ki, kampaniya bu ilin avqust ayının 31-dək davam edəcək. Xaricdə həyata keçirilən hər əməliyyat bir şansa bərabərdir. Hər növbəti ayın 15-i tarixində 4 qalib müştəri müəyyən ediləcək. Məsələn, iyul ayında «DəmirBank»ın «VISA» kartı ilə xaricdə əməliyyat edən müştərilər 15 avqust tarixində, avqust ayında əməliyyat edənlər isə sentyabrın 15-də lotereyada qalib ola bilərlər.

Kampaniyanın ümumi uduşları 12 ədəd olmaqla 6 ədəd «HP Pavillion» noutbukları və 6 ədəd «HP Vivienne Tam» mininoutlarından ibarətdir. Noutbuklar və mininoutlar HP şirkətinin tərəfdaşı 2DO Computers mağazasının 1 illik zəmanəti ilə təqdim olunur.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR