Bank Of Baku

Dünyada qızılın qiyməti rekord həddə çatıb

Dünyada qızılın qiyməti rekord həddə çatıb
# 25 iyul 2011 15:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarında qızılın qiyməti növbəti rekord vurub.

APA-Economics”in xəbərinə görə, Sinqapurda keçirilən hərraclarda qızılın 1 unsiyası tarixdə ilk dəfə olaraq 1 624,07 dollara, Nyu-Yorkda isə 1624,3 dollara satılıb.

Qızılın bahalaşmasına səbəb ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlikdir. Amerikanın defolt olma ehtimalından ehtiyatlanan investorlar pullarını qızıla və digər aktivlərə yatırırlar. Nəticədə təkcə bu gün qızılın qiyməti 1,11% və ya 17,8 dollar bahalaşıb.

Ümumilikdə son bir ayda qızıl 115,8 dollar (7,71%), ilin əvvəlindən 14% bahalaşıb. Son bir ildə isə qızılın qiymət artımı 428,4 dollar və ya 36,01% olub. UBS AG-ın ekspertlərinin fikrincə, ilin sonunadək qızılın unsiyasının qiyməti 1800 dollara (qramı 58,06 dollara) çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR