Bank Of Baku

Almaniyalı mütəxəssis Azərbaycan Hesablama Palatasına fərdi məsləhətçi seçilib

Almaniyalı mütəxəssis Azərbaycan Hesablama Palatasına fərdi məsləhətçi seçilib
# 26 iyul 2011 08:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Almaniyalı mütəxəssis Aksel Menniken Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Azərbaycan Hesablama Palatasının fərdi məsləhətçisi seçilib. “APA-Economics”-in məlumatına görə, məsləhətçi Strateji İnkişaf Planının reallaşdırılması üçün palataya texniki yardımın göstərilməsi ilə məşğul olacaq.

İyulun 25-də Hesablama Palatasının sədri Heydər Əsədov məsləhətçi Aksel Menniken ilə görüşüb. Dünya Bankının və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO təşkilatının) nümayəndələrinin də iştirak etdiyi görüşdə Texniki Yardımın göstərilməsinə dair Müqavilənin son mətni ilə bağlı müzakirələr aparılıb.

Eləcə də fərdi məsləhətçi tərəfindən Strateji İnkişaf Planının icrası istiqamətində görülmüş işlərin qiymətləndirilməsi, Palata tərəfindən koordinatorun təyin olunması və bütövlükdə ən qısa müddətdə Müqavilənin imzalanması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR