Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artırır

«Rabitəbank» nizamnamə kapitalını artırır
# 26 iyul 2011 10:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rabitəbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 165 988 ədəd, emissiyanın ümumi həcmi isə 3 367896,52 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Rabitəbank» səhmlərinin yerləşdirilməsinə artıq yaxın vaxtlarda başlayacaq. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 24,3% artaraq 17,4 mln. manata çatacaq.

Qeyd edək ki, «Rabitəbank» 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR