Bank Of Baku

Bu ilin ilk 5 ayında Azərbaycanda kredit qoyuluşları 4,5% azalıb

Bu ilin ilk 5 ayında Azərbaycanda kredit qoyuluşları 4,5% azalıb
# 26 iyul 2011 12:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İlin əvvəlindən bəri Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 4,5% azalıb. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ilin ilk 5 ayının nəticələri belə deməyə əsas verir.

İyunun 1-ə olan məlumata görə, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 8 mlrd. 750,4 mln. manat təşkil edir. Bu, bir ay əvvələ nisbətən 110,8 mln. manat artıq olsa da, ilin əvvəlinə nisbətən 413 mln. manat azdır.

Bu dövrdə problemli kreditlərin məbləği və onların ümumi kredit portfelində payı cüzi azalıb. Son məlumata görə, iyunun 1-ə problemli borcların məbləği 551,8 mln. manat (mayın 1-ə 553,2 mln. manat idi), onların ümumi kredit portfelində payı 6,3% (mayın 1-ə 6,4% idi) təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatının sahələri üzrə ticarət və xidmət (41,1 mln. manat artıb), inşaat və əmlak (3,9 mln. manat), sənaye və istehsal (15,9 mln. manat), nəqliyyat və rabitə (9,8 mln. manat), eləcə də ev təsərrüfatlarına verilən (39,2 mln. manat) kreditlərin həcmi artıb, energetika və kimya (5,1 mln. manat) və kənd təsərrüfatına (3,1 mln. manat) verilən kreditlər azalıb.

Ölkə üzrə kredit qoyuluşlarında ev təsərrüfatlarına verilən (istehlak) kreditlərin həcmi 32,8%, ticarət və xidmət sektoruna verilən kreditlər 27,3%, inşaat və əmlak sektoruna verilən kreditlər 7,7%, sənaye və istehsal sektoruna verilən kreditlər 5,8%, nəqliyyat və rabitə 5,3%, kənd təsərrüfatı sektoruna verilən kreditlər 4,9%, energetika və kimya sektoruna verilən kreditlər 3,3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR