Bank Of Baku

AYİB: Avropada 2011-ci ildə iqtisadi artım 4,8%, 2012-ci ildə isə 4,4% təşkil edəcək

AYİB: Avropada 2011-ci ildə iqtisadi artım 4,8%, 2012-ci ildə isə 4,4% təşkil edəcək
# 26 iyul 2011 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il Avropa regionunda ÜDM-in artım tempi 4,8%, 2012-ci ildə isə 4,4% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş proqnozunda bildirilib.

Proqnozlara əsasən, Mərkəzi Avropa və Baltikyanı ölkələrdə 2011-ci ildə iqtisadi artım 3,5%, 2012-ci ildə isə 3,4% olacaq. Cənubi-Şərqi Avropada bu göstəricilər müvafiq olaraq 2,2% və 3,7%, Şərqi Avropa və Qafqazda 4,6% və 3,9%, Mərkəzi Asiyada isə hər iki ildə 3,7% olacağı gözlənilir.

Türkiyədə ÜDM-in artım tempi 2011-2012-ci illərdə müvafiq olaraq 7% və 4,5%, Rusiyada isə 4,6% və 4,7% təşkil edəcəyi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR