Bank Of Baku

Azərbaycan Dağıstan İqtisadi Forumunda iştirak edir

Azərbaycan Dağıstan İqtisadi Forumunda iştirak edir
# 27 iyul 2011 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Mahaçqalada “Dağıstan İqtisadi Forumu - 2011” işə başlayıb. «APA-Economics»in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, tədbirə MDB və digər ölkələrin nümayəndə heyətləri də qatılıb.

Forumda görüşlərin və müzakirələrin əsas mövzusu Dağıstan və bütün Şimali Qafqaz regionunda sosial-iqtisadi və ictimai-siyasi inkişafa dair daha effektli alətlərin axtarılması olacaq.

Tədbirdə iştirak etmək üçün Azərbaycan, Türkiyə, ABŞ, Avstriya, Almaniya, Qazaxıstan, İsrail, Çexiya, İtaliya, Koreya, Finlandiya, Seneqal və digər ölkələrdən iş adamları bir araya qəlib. Tədbirdə həmçinin Rusiya hökumətinin nümayəndələri də iştirak edir.

Forumda keçiriləcək dəyirmi masalar zamanı kənd aqrar-sənaye və yanacaq-energetika komplekslərinin, turizm və s. sahələrin inkişafına dair müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR