Bank Of Baku

“Akkord” maliyyə hesabatlarının hazırlanmasını Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına uyğun həyata keçirir

“Akkord” maliyyə hesabatlarının hazırlanmasını Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına uyğun həyata keçirir
# 27 iyul 2011 15:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2010-cu il və 2011-ci ilin altı ayı üzrə maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına (BMHS) uyğun hazırlanaraq «Mak Azerbaijan Ltd.» tərəfindən yoxlanılıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Mak Azerbaijan Ltd.» «Crowe Horwath Business Alliance» üzvü olmaqla audit və konsaltinq şirkətlərinin qlobal reytinqində böyük onluğa daxildir.

Ümumilikdə bu günədək “Akkord”un 2007, 2008, 2009-cu illərin yekunlarına görə maliyyə hesabatları da BMHS-a uyğun hazırlanaraq «Mak Azerbaijan Ltd.»-nin yoxlamasından keçib.

2011-ci ilin yekunlarına görə maliyyə hesabatlarının yoxlanılması üçün isə “Akkord” Korporasiyası “böyük dördlüyə” daxil olan audit şirkətlərindən birini cəlb etməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR