Bank Of Baku

Azərbaycan və Polşanın kredit ittifaqları təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Polşanın kredit ittifaqları təcrübə mübadiləsi aparacaq
# 28 iyul 2011 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ümumdünya Kredit İttifaqları Şurasının (WOCCU) prezident müavini və Polşa Milli Kooperativ Əmənətləri və Kredit İttifaqları Assosiasiyasının (SKOK) sədri Qrjeqorj Biretski Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) sədri Elçin Bağırovu təcrübə mübadiləsi üçün Polşaya dəvət edib.

AKİA-dan «APA-Economics»ə verilən məlumata görə, yaxın günlərdə E.Bağırovun Polşaya səfəri gözlənilir.

Qeyd edək ki, SKOK 1992-ci ildən fəaliyyət göstərir. Təşkilat Polşanın 62 kredit ittifaqının 1 831 filialının tərkibində olan 2 mln-dan artıq payçıları birləşdirir. Tərkibində olan kredit ittifaqlarının nizamnamə kapitalı 4 mlrd. avro təşkil edir.

Xatırladaq ki WOCCU (World Council of Credit Unions) dünyanın ən böyük kredit ittifaqları assosiasiyasıdır. WOCCU-ya dünyanın 100 ölkəsinin təşkilatı daxildir. Assosiasiyanın üzvləri dünya üzrə 188 mln-a yaxın payçılardan ibarət olan, 53 min kredit ittifaqını təmsil edən kredit ittifaqlarının regional və milli assosiasiyalarından ibarətdir.

Qeyd edək ki, ötən həftə AKİA «2011-ci il WOCCU-ya üzvlük» barədə sertifikatla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR