Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin geniş kollegiya iclası keçirilib
Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclas zamanı QKDK-nın sədri Rüfət Aslanlı cari ilin ilk yarısında dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən bəhs edərək, qlobal iqtisadiyyatın inkişafında səngimə əlamətlərinin müşahidə edilməsi, dünyanın aparıcı iqtisadiyyatlarının fiskal sabitlik və borc problemlərinin aktuallaşması, artımın coğrafi qeyri bərabərliyinin yeni risk və təhdidləri gündəmə çıxartması barədə danışıb.
Qlobal iqtisadiyyatdakı bu meyllər fonunda Azərbaycan iqtisadiyyatında artımın və sosial inkişafın davam etdiyini bildirən R.Aslanlı bu uğurların iqtisadi şaxələndirmə siyasətinin müsbət nəticəsi olduğunu bildirib. QKDK sədri ölkədə investisiya qoyuluşlarının artdığını, xarici iqtisadi mövqelərin gücləndiyini, sosial sferada müsbət dinamikanın cari ilin 6 ayı ərzində də davam etdiyini vurğulayıb və bildirib ki, hesabat dövründə qiymətli kağızlar bazarında da artım müşahidə olunub. Belə ki, dövlət qiymətli kağızlar bazarı 5,1 dəfə, korporativ qiymətli kağızlar bazarı isə 1,5 dəfə artıb.
R.Aslanlı «2011-2020-ci illərdə Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramının önəminə də toxunaraq bu Proqramın beynəlxalq standartlara uyğun, effektiv fəaliyyət göstərən və optimal tənzimlənən qiymətli kağızlar bazarının formalaşdırılmasını hədəflədiyini bildirib.
İclas zamanı həmçinin QKDK sədrinin müavinləri və struktur bölmə rəhbərləri geniş məruzələrlə çıxış edərək, hesabat dövrü ərzində həyata keçirilən tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Məruzələrdə QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə qiymətli kağızlar bazarının normativ-hüquqi bazasının təkmilləşdirilməsi, səhmdarların hüquqlarının qorunması, QKDK və bütövlükdə bazar iştirakçılarının potensialının gücləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Əlavə olaraq qeyd edilib ki, hesabat dövründə bazara yeni xüsusiyyətli alətlər - konvertasiya edilən istiqrazlar çıxarılıb, korporativ istiqrazlarla repo əməliyyatlarının aparılmasını təmin edən hüquqi və institusional baza formalaşdırılıb, qiymətli kağızlarla ticarət və onların depozitar uçotu sistemləri beynəlxalq təcrübəyə uyğunlaşdırılıb.
İclasın sonunda R.Aslanlı cari ilin 6 ayını bütövlükdə Komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək, ilin qalan dövrü ərzində sözügedən Dövlət Proqramının icrası proseslərinin effektiv əlaqələndirilməsi və işlərin sürətləndirilməsini, «Qiymətli kağızlar bazarı haqqında» yeni qanun üzərində işlərin tamamlanaraq layihənin təqdim olunmasını və bütövlükdə qanunvericiliyin qabaqcıl standartlara uyğunlaşdırılmasının əsasən tamamlanmasını, qiymətli kağızlar bazarında ticarət və post-ticarət proseslərinin birbaşa emal prinsipləri əsasında qurulması işlərinin yekunlaşdırılması və ödəniş sistemlərinə inteqrasiya olunmasını QKDK-nın qarşısında duran prioritet vəzifələr kimi qeyd edib. Bazarın tənzimlənməsi metod və vasitələrinin qabaqcıl standartlar əsasında təkmilləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması məqsədilə sistem xarakterli risklərin aşkarlanması və idarəolunması mexanizmlərinin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və texniki yardımlardan səmərəli istifadə edilməsi üzrə konkret tapşırıqlar verən R.Aslanlı 2011-ci ilin Komitə üçün «potensialın genişləndirilməsi və inkişaf etdirilməsi ili» olduğunu iclas iştirakçılarına xatırladaraq bu istiqamətdə nəzərdə tutulan tədbirlərin cari ilin sonunadək yekunlaşdırılmasını tapşırıb.
Maliyyə
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ
Xəbər Lenti
DÇ-2026: Uruqvay-Kabo-Verde qarşılaşmasında qalib müəyyənləşməyib
Zelenski: Ukrayna Patriot raketlərini istehsal etməyə hazırdır
III Çarlz ödədiyi vergilərin məbləğini açıqlayan ilk Britaniya monarxı olacaq
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək
ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını istəyir
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir