Bank Of Baku

Asiya İnkişaf Bankı: İnflyasiyanın artması və qlobal tələbatın zəifləməsi şəraitində regionda inkişaf orta səviyyədə olacaq

Asiya İnkişaf Bankı: İnflyasiyanın artması və qlobal tələbatın zəifləməsi şəraitində regionda inkişaf orta səviyyədə olacaq
# 28 iyul 2011 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilki dirçəlmədən sonra Şərqi Asiya ölkələrinin hökumətləri inflyasiya ilə mübarizəni davam etdirdikləri səbəbindən bölgədəki iqtisadi artım bu il və 2012-ci ildə orta səviyyədə olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Asiyanın İqtisadi Monitoru (Asia Economic Monitor) hesabatında bildirilir.

Hesabatda inkişaf edən Şərqi Asiya ölkələrində 2011-ci ildə ÜDM-in 7,9%, 2012-ci ildə isə 7,7% olacağı proqnozlaşdırılır. Halbuki 2010-cu ildə regionda iqtisadi artım 9,3% təşkil edib.

AİB-in hesabatında həmçinin bildirilir ki, artan inflyasiya əmək haqqı və qiymətlər spiralı ilə nəticələnə və regionun iqtisadi inkişafını zəiflədə bilər. Regionun gələcək perspektivi ilə bağlı digər riskləri kimi Yaponiya iqtisadiyyatının gözlənildiyindən daha gec bərpası, ABŞ-da və Avropada həll edilməmiş borc problemləri, maliyyə bazarında zəifliklərinin artması, kapital axınının qeyri-sabitliyi göstərilir.

Hesabatda həmçinin bildirilir ki, hökumətlər bir sıra dövlət siyasətləri ilə bağlı praqmatik yanaşmaya əl atmaqla əmtəə qiymətlərinin sabit və qeyr-sabit dəyişkənliyi hesabına artan inflyasiya təsirlərini idarə edə bilər. Eyni zamanda, valyuta məzənnəsindəki çeviklik qlobal əmtəə qiymətlərinin yerli qiymətlərə təsirini azalda bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR