Bank Of Baku

Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 2,5 dəfə artıb

Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 2,5 dəfə artıb
# 28 iyul 2011 13:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu ilin ilk yarım ili ərzində Mərkəzi Bankın nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) ölkə bankları tərəfindən 235 min 412 sorğu daxil olub.

AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu sorğuların 210 891-i potensial borcalanlara aid olub. Ötən ilin eyni dövrü ilə müqayisədə (94 630 sorğu) MKR-ə edilən sorğuların sayı 2,49 dəfə artıb.

MKR-in məlumatlarına görə, öz kredit hesabatını əldə etmək istəyənlərin də sayı artıb. 2010-cu ilin ilk yarısında bu məqsədlə MKR-ə 151 şəxs müraciət etdiyi halda, bu il müraciətlərin sayı 595-ə çatıb.

Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 087 971-ə, kredit məlumatlarının sayı 2 148 954-ə, qeydiyyata alınan cəmi zaminlərin sayı isə 522 291 nəfərə çatıb. Başqa sözlə, ilin əvvəlindən indiyədək haqqında məlumat toplanan borcalanların sayı 125 min nəfər, kredit məlumatlarının sayı 266 min artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR