Bank Of Baku

Bu ilin ilk yarısında «Atəşgah» sığorta şirkəti KASKO üzrə 1,4 mln. manat sığorta ödənişi edib

Bu ilin ilk yarısında «Atəşgah» sığorta şirkəti KASKO üzrə 1,4 mln. manat sığorta ödənişi edib
# 28 iyul 2011 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti iyul ayında KASKO üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, məbləği 11 086 manat təşkil edən sığorta ödənişi Bakı-Quba magistral yolunun 58-ci km-də yüksək sürətlə hərəkət edərkən iribuynuzlu heyvanla toqquşma səbəbindən zədələnmiş «Hyundai Equus» markalı avtomobilin sahibinə verilib.

Ümumiyyətlə, 2011-ci ilin ilk yarısı üçün «Atəşgah» şirkətinin KASKO üzrə sığorta ödənişlərinin ümumi məbləği 1,4 mln. manat təşkil edib.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. «Atəşgah» şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR