Bank Of Baku

“Xalq Bank” internet kartın buraxılışına başlayıb

“Xalq Bank” internet kartın buraxılışına başlayıb
# 29 iyul 2011 09:08 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC yalnız internetdə istifadə etmək üçün nəzərdə tutulan və İnternet vasitəsilə ödənişləri daha rahat və təhlükəsiz həyata keçirməyə imkan verən “Visa” internet kartlarının buraxılışına başlayıb.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, “Visa” internet kartı vasitəsilə müştərilər, internetdə mal və xidmətlər ala, kommunal ödənişlər edə, mobil və stasionar rabitə haqlarını, eləcə də, kabel TV və internet provayderlərin xidmət haqlarını ödəyə, elektron bilet ala, oteldə otaq rezervasiya edə, sığorta və digər ödənişləri həyata keçirə bilərlər.

İnternet kartın sahibləri “Xalq Bank”ın digər kartlarının istifadəçiləri kimi, kart hesabına operativ şəkildə nəzarət etmək və müxtəlif əməliyyatlar aparmaq imkanı verən SMS-Məlumatlandırma və MobilBank xidmətlərinə qoşula bilərlər.

Hazırda “Xalq Bank” müştərilərə “Visa” və “MasterCard” ödəniş sistemlərinin müxtəlif kartlarını təqdim edir.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR