Bank Of Baku

Azərbaycanın valyuta ehtiyatları 38 mlrd. dollara çatıb

Azərbaycanın valyuta ehtiyatları 38 mlrd. dollara çatıb
# 29 iyul 2011 09:21 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev “The Business Year” iqtisadi jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda keçirilən təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları dövlət borcunu dəfələrlə üstələyir. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatını 70%-dən çoxunu təşkil etdiyini deyən nazir müstəqillik illərində ölkə iqtisadiyyatına 100 mlrd. dollar investisiya yatırıldığını bildirib: “Bunun da 53%-ni daxili investisiyalar təşkil edir”.

Ş.Mustafayev qeyd edib ki, indiyədək Azərbaycan sahibkarları tərəfindən Türkiyə iqtisadiyyatına 4 mlrd. dollar investisiya yatırılıb: “Yaxın gələcəkdə daha 6 mlrd. dollar investisiya yatırılması nəzərdə tutulur. Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcmi isə 1 mlrd. dollara yaxınlaşıb”.

Nazir onu da əlavə edib ki, Azərbaycanda artıq Sumqayıt, Qaradağ və Gəncə sənaye şəhərciklərinin yaradılması üzərində iş gedir: Bu il ərzində Gəncə alüminium zavodu işə başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR