Bank Of Baku

«Qarant Sığorta» şirkəti sığorta ödənişlərini 42% artırıb

«Qarant Sığorta» şirkəti sığorta ödənişlərini 42% artırıb
# 29 iyul 2011 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın «Qarant Sığorta» şirkəti 610 515 manat həcmində sığorta ödənişləri həyata keçirib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 42% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə «Qarant Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini Fuad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə şirkətin topladığı sığorta haqları təxminən 3 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bir qədər çoxdur: «Şirkətin icbari sığorta növləri üzrə ödənişləri bu il 2 dəfədən çox artıb. Könüllü sığorta növləri üzrə isə artım 40% səviyyəsində olub».

F.Allahverdiyev onu da bildirib ki, şirkət tərəfindən bu il ərzində yığılmış sığorta haqlarının 448 922 manatı icbari sığorta növlərinin payına düşüb, bu isə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur: «Könüllü sığorta növləri üzrə yığım keçən ilin müvafiq dövrünə nisbətən eyni səviyyədə qalıb və 2,5 mln. manat təşkil edib».

«Qarant Sığorta»nın rəsmisi onu da qeyd edib ki, şirkət vergi ödənişlərini 248% artırıb və cari il ilk yarısında dövlət büdcəsinə 220 min manata yaxın vergi ödəyib.

Qeyd edək ki, ZQAN Şirkətlər Qrupuna daxil olan «Qarant Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR