Bank Of Baku

«Qarant Sığorta» filial şəbəkəsini genişləndirir

«Qarant Sığorta» filial şəbəkəsini genişləndirir
# 29 iyul 2011 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Qarant Sığorta Agentliyi» MMC filial şəbəkəsini genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Qarant Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini Fuad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu ilin ilk yarısında «Qarant Sığorta Agentliyi»nin Yasamal filialı, «Gənclik» filialı və Sumqayıt filialı fəaliyyətə başlayıb: «Cari ilin ikinci yarısında ən azı bir o qədər də filial açmaq niyyətindəyik ki, filiallar həm Bakıda, həm də ölkə regionlarında açılacaq».

Xatırladaq ki, «Qarant Sığorta Agentliyi» 2009-cu ildən fəaliyyət göstərir, təsisçisi isə «Qarant Sığorta» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR