Bank Of Baku

Gələn ildən «Qarant Sığorta» yeni strateji planın icrasına başlayacaq

Gələn ildən «Qarant Sığorta» yeni strateji planın icrasına başlayacaq
# 29 iyul 2011 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gələn ilin əvvəlindən Azərbaycanın «Qarant Sığorta» şirkəti yeni strateji planın icrasına başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədr müavini Fuad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, strateji plana bazara yeni məhsulların çıxarılması, məcmu kapitalının artırılması, filial şəbəkəsinin genişləndirilməsi və digər məsələlər daxildir.

F.Allahverdiyev onu da qeyd edib ki, şirkət eyni zamanda nizamnamə kapitalını da artırmaq niyyətindədir.

Xatırladaq ki, ZQAN Şirkətlər Qrupuna daxil olan «Qarant Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Hazırda «Qarant Sığorta»nın nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR