Bank Of Baku

«Fitch Ratings»: MDB banklarının çoxu sabitləşməyə doğru gedir

«Fitch Ratings»: MDB banklarının çoxu sabitləşməyə doğru gedir
# 30 iyul 2011 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısı ərzində MDB və Gürcüstanın bir çox banklarının kredit ödəmə qabiliyyətli göstəriciləri sabitləşməkdə davam edib. Analoji hal cari ilin ikinci yarısı və 2012-ci ildə də davam edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə «Fitch Ratings» beynəlxalq reytinq agentliyinin dərc etdiyi hesabatda bildirilir.

«Dünyada xam mallara qiymətlərin yüksək olması regionda resessiyadan sonra bərpa olunan bir çox ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir ki, bu da öz növbəsində bankların aktivlərinə və gəlirliklərinə pozitiv təsir göstərir. Eyni zamanda, regionun bank sisteminin bərpası bir qədər ləng olub və zəiflik amilləri hələ də mövcuddur», - deyə hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, MDB ölkələri üzrə bank sistemlərinin bərpası fərqlənir. Məsələn, böhran dövründə ən çox Qazaxıstan və Ukrayna bankları zərər çəkib və bu bankların çoxu 2011-ci ildə də çətinliklərlə üzləşir. Rusiya və Gürcüstanın kredit təşkilatlarının vəziyyəti isə 2010-cu ildə qismən yaxşılaşıb və 2011-ci ildə də bu təşkilatların göstəriciləri regionun digər banklarından yüksəkdir. Azərbaycan banklarının göstəriciləri isə Qazaxıstan və Ukraynanın kredit təşkilatlarından yüksək, lakin Rusiya və Gürcüstan banklarının göstəricilərindən aşağıdır.

Özbəkistana böhran ciddi şəkildə təsir etmədiyinə görə ölkənin bank sistemi bir o qədər də zərər çəkməyib. Belarusa gəldikdə isə, may ayında ölkədə baş verən devalvasiya Belarusun bank sistemində və ümumiyyətlə ölkə iqtisadiyyatında xeyli çətinliklər yaradır.
MDB ölkələrində bank sektorunun proqnozu sabit olduğu halda Belarus banklarının proqnozu neqativdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR