Bank Of Baku

«ABB-Moskva»nın İdarə Heyətinin sədri «Rusiya biznesinin kapitanları» mükafatına layiq görülüb

«ABB-Moskva»nın İdarə Heyətinin sədri «Rusiya biznesinin kapitanları» mükafatına layiq görülüb
# 01 avqust 2011 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankı İdarə Heyətinin sədri Fuad Abdullayev ən yaxşı əcnəbi əsilli biznesmen nominasiyasında «Rusiya biznesinin kapitanları» mükafatına layiq görülüb.

Azərbaycan Beynəlxalq Bankının Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Rusiya biznesinin kapitanları» milli iş mükafatı «Personalın idarə edilməsi» nəşriyyat evi tərəfindən təsis olunub və Moskva şəhərinin əmək bazarında işlə təmin edən daha cəlbedici şirkətlərə verilir.

Mükafatın laureatları bazarın mütəxəssisləri tərəfindən aparılan və şirkətin ötən ilki fəaliyyətini əhatə edən tədqiqat nəticəsində müəyyənləşdirilir. Tədqiqatların məqsədi işlə təmin edən şirkətlərin cəlbediciliyini təyin etmək, həmçinin rekrutmentdə pozitiv tendensiyaları və «problemli yerləri» müəyyən etmək məqsədilə keçirilir.

«ABB-Moskva»nın mükafatlandırılması şirkətin dinamik inkişaf etdiyindən xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR