Bank Of Baku

“Bank Standard” ən yaxşı maliyyə tərəfdaşı adına layiq görülüb

“Bank Standard” ən yaxşı maliyyə tərəfdaşı adına layiq görülüb
# 01 avqust 2011 08:31 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın ən böyük mobil operatoru “Azercell Telekom” “Bank Standard” kommersiya bankını “Ən yaxşı maliyyə tərəfdaşı” fəxri adına layiq görüb.

“Bank Standard”dan “APA-Economics”ə verilən məlumata görə, həmin fəxri adın şəhadətnaməsi və xatirə medalı “Buta Palace”da keçirilən “Info Day” tədbiri zamanı bankın nümayəndələrinə təqdim olunub.

Son 5 il ərzində “Bank Standard” özünün ən iri korporativ müştərilərindən biri “Azercell Telekom” şirkəti ilə fəal əməkdaşlıq edir. Həmin müddət ərzində bank “Azercell” ilə mövcud əməkdaşlığı daim genişləndirir, göstərdiyi xidmətlərin çeşidini artırır.

Qeyd edək ki, “Ən yaxşı maliyyə tərəfdaşı” adı habelə “Azercell” tərəfindən təsis olunmuş bir sıra digər fəxri adlar ilk dəfədir təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR