Bank Of Baku

Azərbaycan Belarusa 300 mln. dollar kredit ayıracaq

Azərbaycan Belarusa 300 mln. dollar kredit ayıracaq
# 01 avqust 2011 12:17 (UTC +04:00)
«APA-Economics»in Belarus Milli Hüquq Veb portalına istinadən verdiyi məlumata görə, Azərbaycan 300 mln. dollar məbləğində vəsaiti Belarusun «Belaruskaliy» ASC-yə ayıracaq. Sözügedən vəsait investisiya layihələri və 2011-2015-ci illəri əhatə edən Belarusun sosial-iqtisadi inkişafı Proqramının reallaşmasına yönəldiləcək. Belarus hökumətinin zəmanəti həmçinin bu borc üzrə hesablanan faizlərin və digər ödənişlərin həyata keçirilməsinə təminat verir. Zəmanət «Belaruskaliy» ASC və Azərbaycanın «Kapital Bank» ASC arasında imzalanacaq kredit müqaviləsindən sonra qüvvəyə minəcək.

Zəmanətin alınması üçün ödəniş bir dəfəyə həyata keçirilir və cəlb edilən kreditin 0,01% məbləğində müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR